SİYASƏT


Kişineuda Zəfər Günü və Dövlət Bayrağı Günü qeyd olunub

Moldovanın paytaxtı Kişineuda Zəfər Günü və Dövlət Bayrağı Günü ilə bağlı təntənəli tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Moldovadakı səfirliyi tərəfindən təşkil olunan tədbirdə Moldovanın Xarici İşlər Nazirliyinin, eləcə də digər dövlət qurumlarının rəsmiləri, bu ölkənin sabiq Baş naziri Kirill Qaburiç, Moldovada akkreditə olunmuş diplomatik missiyaların rəhbərləri, ictimai fəallar, Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.