DİN: Vətən müharibəsi xalqımızın tarix qarşısında hesabatı idi
08.11.2024 [11:17]
Daxili İşlər Nazirliyində 8 noyabr-Zəfər Gününə həsr olunmuş təntənəli mərasim keçirilib. Tədbirdə 44 günlük Vətən müharibəsində iştirak etmiş DİN-in hərbi qulluqçuları və polis əməkdaşları iştirak ediblər. Əvvəlcə respublikamızın suverenliyi, ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş igid oğullarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib. Tədbirdə çıxış edən daxili işlər nazirinin müavini polis general-leytenantı İsmət Əliyev tariximizə qızıl hərflərlə yazılan müqəddəs qələbəni, 30 ilə yaxın bir müddətdə Ermənistanın işğalı altında olan tarixi torpaqlarımızın azad olunmasını, ölkəmizin ərazi bütövlüyünün və tarixi ədalətin bərpa edilməsini xalqımızın çoxəsirlik dövlətçilik tarixinin ən şərəfli səhifələrindən biri olduğunu qeyd edib, daxili işlər naziri, general-polkovnik cənab Vilayət Eyvazovun Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə Daxili İşlər Nazirliyinin şəxsi heyətinə ünvanladığı təbriklərini çatdırıb.