Azərbaycan Dövlət İnformasiya Agentliyi

Zəfər Günü münasibətilə Vyanada “270-ci səhifə“ sənədli filminin təqdimatı keçirilib

08.11.2024 [12:42]

Xəbərin mətni

8 Noyabr - Zəfər Günü münasibətilə Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində “270-ci səhifə“ sənədli filminin təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Avstriyadakı səfirliyinin Mədəniyyət Mərkəzi ilə birgə təşkil etdiyi tədbirdə Vyanada akkreditə olunmuş diplomatik korpusun və beynəlxalq təşkilatların təmsilçiləri, yerli ictimaiyyətin nümayəndələri və soydaşlarımız iştirak ediblər.