CƏMİYYƏT


Tullantıdan sənətə - Abşeron Milli Parkında növbəti ekoloji tədbir

Ətraf mühitə qayğı” çağırışı ilə tullantılardan hazırlanmış əl işlərinin Abşeron Milli Parkında sərgisi keçirilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, sərgidə təbiətə qayıdış və etnoinstalyasiya nümunələri, həmçinin ekoloji təmiz qida məhsulları nümayiş etdirilir. Gənc heykəltəraş, instalyator Emil Məcidovun tullantılardan hazırladığı "Yer kürəsi, Qobustan qayası, Lotus gülü" əsəri və digər instalyasiya nümunələri iqlim dəyişmələri ilə mübarizədə gənclərin rolunu, ətraf mühitə qayğı naminə həmrəyliyi, təbiətlə vəhdəti, cəmiyyətin məsuliyyətini ehtiva edir.