MƏDƏNİYYƏT


Heydər Əliyev Sarayında “Oyanış” adlı konsert proqramı keçiriləcək

11-22 noyabr tarixlərində ölkəmiz BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcək. Bu qlobal əhəmiyyətli tədbir çərçivəsində qonaqların asudə vaxtının səmərəli təşkili məqsədilə Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə maraqlı bədii proqramlar - konsertlər, sərgilər və təqdimatlar keçiriləcək. Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, noyabrın 13-də saat 19:00-da Heydər Əliyev Sarayında “Oyanış" adlı konsert proqramı gerçəkləşəcək.