Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ

Prezident İlham Əliyev Qvineya-Bisau Prezidenti ilə görüşüb

10.11.2024 [20:48]

Xəbərin mətni

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 10-da Qvineya-Bisau Respublikasının Prezidenti Umaru Sisoku Embalo ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Qvineya-Bisau Prezidenti COP29-un yüksək səviyyədə təşkilinə və göstərilən qonaqpərvərliyə görə dövlətimizin başçısına təşəkkürünü bildirdi, bu tədbirin uğurla keçəcəyinə əminliyini ifadə etdi.

Görüşdə ölkələrimiz arasında ilk növbədə təhsil sahəsində əməkdaşlıq məsələsinə toxunuldu, Qvineya-Bisaudan olan müxtəlif sahələrə aid mühəndislərin, tibb sahəsi üzrə mütəxəssislərin hazırlanmasına dəstək və təqaüdlərin verilməsi ilə bağlı fikir mübadiləsi aparıldı.

Bölmənin digər videoları