RƏSMİ


Prezident İlham Əliyev Zimbabve Prezidenti ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 10-da Zimbabve Respublikasının Prezidenti Emmerson Dambudzo Mnanqaqva ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Zimbabve Prezidentinin COP29-da iştirakına görə minnətdarlığını bildirdi.

İkitərəfli münasibətlərdə bu səviyyədə səfərin əhəmiyyətini qeyd edən Prezident İlham Əliyev Azərbaycan ilə Zimbabve arasında güclü əməkdaşlığın qurulması üçün yaxşı imkanların olduğunu dedi.

Dövlətimizin başçısı Zimbabve Prezidentinin Azərbaycana səfərinin ikitərəfli gündəliyimizin perspektivlərinin müzakirəsi üçün yaxşı imkan yaratdığını qeyd etdi.

Xoş sözlərə görə minnətdarlığını bildirən Emmerson Dambudzo Mnanqaqva dövlətimizin başçısı ilə görüşdən məmnunluğunu ifadə etdi.