ELM VƏ TƏHSİL


İqlim dəyişikliklərinə qarşı mübarizədə ali təhsilin rolu: liderlik, innovasiya və təsir gücü

Noyabrın 11-də Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində BMT-nin Təlim və Tədqiqat İnstitutunun təşkilatçılığı ilə “İqlim dəyişikliklərinə qarşı mübarizədə ali təhsilin rolu: liderlik, innovasiya və təsir gücü” mövzusunda panel müzakirə keçirilib.
AZƏRTAC xəbər verir ki, paneldə çıxış edən BMT-nin Təlim və Tədqiqat İnstitutunun İnsanlarla iş üzrə şöbəsinin müdir müavini Ebru Canan-Sokullu son illərdə bir çox ali təhsil müəssisələrinin davamlılıq və iqlim dəyişiklikləri ilə əlaqəli təhsil proqramlarını tədris planlarına əlavə etdiklərini söyləyib.