“Şəfəq” Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirilib
12.11.2024 [14:44]
Xəbərin mətni
COP29 çərçivəsində Cəbrayıl rayonunda 240 MVt gücündə “Şəfəq” Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, bu stansiya işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən ilk sənaye miqyaslı günəş enerjisi və ən böyük birbaşa xarici investisiya layihəsidir. Layihə 3 iyun 2021-ci il tarixində Energetika Nazirliyi ilə bp arasında imzalanmış İcra Müqaviləsi əsasında həyata keçirilir.