Azərbaycan Prezidenti İlham Əliyev Qabonun vitse-prezidenti ilə görüşüb
13.11.2024 [21:15]
Xəbərin mətni
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 13-də Qabon Respublikasının vitse-prezidenti Cozef Ovondault Berre ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Qabonun vitse-prezidenti COP29-a dəvətə görə dövlətimizin başçısına təşəkkür etdi, bu tədbirin ölkəmizdə keçirilməsi münasibətilə təbriklərini çatdırdı.