RƏSMİ


Azərbaycan Prezidenti İlham Əliyev Braziliyanın vitse-prezidenti ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 14-də Braziliya Federativ Respublikasının vitse-prezidenti Jeraldu Alkmin ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Jeraldu Alkmin Braziliya Prezidentinin salamlarını dövlətimizin başçısına çatdırdı, Luiz İnasio Lula da Silvanın səhhəti ilə əlaqədar COP29-da iştirak edə bilmədiyini qeyd etdi.