Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan Prezidenti İlham Əliyev Yəmənin vitse-prezidenti ilə görüşüb

14.11.2024 [20:43]

Xəbərin mətni

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 14-də Yəmən Respublikasının vitse-prezidenti Abdullah al-Alimi Bawazeer ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Yəmən Respublikasının vitse-prezidenti Abdullah al-Alimi Bawazeer COP29-un mükəmməl səviyyədə keçirilməsinə və yüksək təşkilatçılığa görə təbriklərini çatdırdı. Yəmənin vitse-prezidenti vurğuladı ki, Azərbaycanın bu uğuru bütün İslam dünyasının uğurudur. O, bu günlərdə dünyanın hər yerindən xeyli sayda nümayəndələrin, dövlət və hökumət başçılarının Azərbaycana gəlməsini mühüm hadisə kimi qiymətləndirdi, COP29-da böyük nəticələrin əldə olunduğunu vurğuladı.

BÖLMƏNİN DİGƏR VİDEOLARI