CƏMİYYƏT
BMT rəsmisi: Hüquq-mühafizə orqanları iqlim dəyişmələri ilə bağlı proseslərə daha çox cəlb edilməlidir
15.11.2024 [14:42]
Xəbərin mətni
Hüquq-mühafizə orqanları iqlim dəyişmələri ilə bağlı proseslərə daha çox cəlb edilməlidir.
AZƏRTAC xəbər verir ki, bunu BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin icraçı direktoru və Vyana ofisinin rəhbəri Qada Vali BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Mavi Zonada keçirilən “İqlim dəyişikliyi ilə mübarizədə hüquq-mühafizə orqanlarının səfərbər olunması” adlı yüksəksəviyyəli sessiyada deyib.