Azərbaycan Dövlət İnformasiya Agentliyi

XTNS-dəki “Azərbaycan” pavilyonunda azərbaycanlı rəssam Cahid Camalın fərdi sərgisi açılıb

15.11.2024 [15:21]

Xəbərin mətni

Moskvadakı Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisindəki (XTNS) “Azərbaycan” pavilyonunda MBA-MOSCOW bankının dəstəyi ilə “Cahid Camal: Azərbaycan mənim ruhumdur” adlı fərdi sərgi açılıb.
AZƏRTAC xəbər verir ki, professor Cahid Camal Rusiyanın Əməkdar rəssamı, SSRİ, Azərbaycan, Rusiya və Monqolustan Rəssamlar İttifaqının, Moskva Rəssamlar İttifaqının və Beynəlxalq İncəsənət Fondunun üzvüdür.