İQTİSADİYYAT


COP29 çərçivəsində “Bakı Ağ Şəhər - iqlim fəaliyyətinə dair tövsiyələr” adlı təqdimat keçirilib

COP29 çərçivəsində “Bakı Ağ Şəhər - iqlim fəaliyyətinə dair tövsiyələr” adlı təqdimat keçirilib.

AZƏRTAC xəbər verir ki, tikinti mühiti üzrə ekspert və “Grimshaw” şirkətinin Davamlılıq departamentinin rəhbəri Paul Toynenin məruzəçiliyi ilə keçirilən təqdimatda Bakı Ağ Şəhərinin baş planında tətbiq olunan yüksəksəviyyəli dizayn strategiyaları üzrə şirkət tərəfindən aparılan son araşdırmalar təqdim olunub.

Təqdimat zamanı Bakı Ağ Şəhərinin baş planında istifadə olunan davamlılıq yanaşmaları və iqlim dəyişikliyinə uyğunlaşma üçün nəzərdə tutulan tədbirlər müzakirə edilib. Paul Toyne qeyd edib ki, layihə çərçivəsində yaşıl sahələrin genişləndirilməsi, enerji effektivliyi texnologiyalarının tətbiqi və az karbon emissiyalı tikinti materiallarından istifadə kimi strategiyalar layihədə prioritet təşkil edir. O, həmçinin vurğulayıb ki, Bakı Ağ Şəhəri layihəsi iqlim fəaliyyətinə yönəlmiş innovativ yanaşmaları ilə digər şəhər inkişaf layihələri üçün nümunəvidir.