Yaşıl Rəqəmsal Fəaliyyətlə bağlı mətbuat konfransı keçirilib
16.11.2024 [15:59]
Xəbərin mətni
COP29 çərçivəsində Yaşıl Rəqəmsal Fəaliyyətlə bağlı mətbuat konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransda iqlim dəyişikliyi ilə mübarizədə güclü vasitə sayılan rəqəmsallaşmanın potensialından, dayanıqlı infrastrukturun inkişafına və ətraf mühitin yaxşılaşmasına müsbət təsirindən danışılıb.
Yaşıl rəqəmsal fəaliyyət təşəbbüsünün COP29 Sədrliyinin fəaliyyət gündəliyinə daxil olan qlobal təşəbbüsdən biri olduğu qeyd edilib.