CƏMİYYƏT


Nigar Arpadarai: İqlim və sağlamlıq üçün COP Prezidentlik Koalisiyasını işə salırıq

İnsanların iqlim böhranının həllinə töhfə verə bilməsini təmin etmək üçün təhsil, bacarıqlar, sağlamlıq və rifah çox vacibdir. İqlim dəyişikliyi bizim insan olaraq necə yaşadığımıza dair geridönməz dəyişiklik deməkdir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri COP29 çərçivəsində keçirilən mətbuat konfransında COP29-un İqlim dəyişmələri üzrə yüksəksəviyyəli çempionu Nigar Arpadarai deyib.