COP29-da yaşıl bacarıqlara dair yüksəksəviyyəli debat təşkil olunub
18.11.2024 [19:57]
Xəbərin mətni
COP29 Azərbaycan Əməliyyat Şirkətinin təşkilatçılığı ilə “Bacarıqlara investisiya əhəmiyyətli iqlim öhdəliyidir: COP29-un yüksəksəviyyəli çempionu” adlı xüsusi tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, İnsan İnkişafı Günündə BMT-nin iqlim dəyişikliyi üzrə yüksəksəviyyəli çempionu Nigar Arpadarai və “LinkedIn” sosial şəbəkəsinin birgə əməkdaşlığı ilə keçirilmiş debatda COP29 Sədrliyinin İqlim Dayanıqlılığı üçün İnsan İnkişafı üzrə Bakı Təşəbbüsündən danışılıb.