UEFA Millətlər Liqası: Azərbaycan millisi bu gün həlledici oyuna çıxacaq
19.11.2024 [11:31]
Xəbərin mətni
Bu gün futbol üzrə Azərbaycan yığması UEFA Millətlər Liqasının C Divizionunda sonuncu matçını keçirəcək.
AZƏRTAC xəbər verir ki, I qrupda yer alan milli komanda səfərdə İsveçin qonağı olacaq. “Strouberri Arena”da oynanılacaq görüş Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
Qarşılaşmanı polşalı Pavel Raçkovski idarə edəcək.