Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şahin Bağırov: Yaşıl gömrük təşəbbüsü gömrük proseslərini modernləşdirməyi və rəqəmsallaşdırmağı tələb edir

20.11.2024 [18:03]

Xəbərin mətni

Ümumdünya Gömrük Təşkilatının "Yaşıl Gömrük" konsepsiyası xüsusilə önəmlidir. Gömrük idarəçiliyi sahəsində ekoloji məsuliyyət və dayanıqlılığı təşviq etmək məqsədilə yaradılan bu konsepsiya gömrük orqanlarının ətraf mühitin mühafizəsində və ekoloji problemlərin həllində mühüm rol oynamasını hədəfləyir.
AZƏRTAC xəbər verir ki, bu sözləri COP29 çərçivəsində keçirilən “Yaşıl Gömrük – Aparıcı Gömrük Rəsmilərinin Dialoqu” mövzusunda beynəlxalq tədbirdə Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov deyib.