Azərbaycan Dövlət İnformasiya Agentliyi

COP29 çərçivəsində 700-dən çox iştirakçıya tezliklərdən istifadəyə icazə verilib

20.11.2024 [19:42]

Xəbərin mətni

COP29 çərçivəsində 700-dən çox iştirakçıya tezliklərdən istifadəyə icazə verilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Radiotezliklər İdarəsinin rəis müavini, rəis vəzifəsini icra edən İlham Əhədov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, COP29 tədbirində fəaliyyətin sistemli şəkildə təmini və proseslərin idarə olunması məqsədilə COP29 Azərbaycan Əməliyyat Şirkətinin, Dövlət Radiotezliklər İdarəsinin, İnformasiya və Kommunikasiya Texnologiyaları Agentliyinin aidiyyəti nümayəndələrindən ibarət komanda yaradılıb.