Qubada minik avtomobilləri toqquşub, yaralananlar var
22.11.2024 [14:22]
Xəbərin mətni
Quba şəhərində iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Heydər Əliyev prospektində BMV markalı avtomobil “VAZ 2107” markalı minik maşını ilə toqquşub. Nəticədə “VAZ 2107”-nin sürücüsü və sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.