Azərbaycan Dövlət İnformasiya Agentliyi

İşlənmiş telefon almağın hansı riskləri var?

25.11.2024 [12:31]

İşlənmiş köhnə və ya xarab telefonların yüksək qiymətə alışı... Bu tip və buna oxşar elanlara demək olar ki, tez-tez rast gəlirik. Ancaq bu elanların məqsədi heç də həmin telefonların təmir edilib daha yuxarı qiymətə satılması olmur. Belə ki, bir qrup dələduzlar tərəfindən həmin telefonların İMEİ kodları xüsusi proqram vasitəsilə sürəti çıxarılaraq digər telefonlara köçürülür və vətəndaşlara satılır. Telefonu alan vətəndaşın isə bundan xəbəri olmur. Nəticədə İMEİ kodları dəyişdirilən telefonların istifadəsi zamanı problemlər yaranır.