Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Cizgi filmləri necə dublyaj olunur? “ARB Günəş” telekanalından REPORTAJ

25.11.2024 [15:51]

Xəbərin mətni

Xarici cizgi və animasiya filmləri ana dilimizə tərcümə olunaraq yerli televiziyalarımızda balaca izləyicilərə təqdim olunur. Bəs, bu filmlər necə dublyaj edilir? Sualın cavabını aydınlaşdırmaq üçün AZƏRTAC-ın bölgə müxbiri ölkəmizin ilk və tək uşaq kanalı “ARB Günəş”in qonağı olub.
“ARB Günəş” televiziyasının dublyaj studiyası 2018-ci ildən fəaliyyət göstərir. Ötən dövrdə studiyada onlarla cizgi və animasiya filmi Azərbaycan dilinə tərcümə olunaraq, azyaşlı televiziya tamaşaçılarına təqdim edilib.