Şabranda sel gəlməsi səbəbindən köməksiz vəziyyətdə qalan şəxs xilas edilib
27.11.2024 [14:10]
Xəbərin mətni
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Şabran rayonunun Surra kəndi ərazisindən keçən çaya sel gəlməsi səbəbindən vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Şabran rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.