İQTİSADİYYAT


Şamaxıda çökmə baş verən yolda tezliklə təmir işlərinə başlanılacaq

Şamaxının Çuxuryurd-Sis-Qaleybuğurd-Keçməddin-Qaladərəsi avtomobil yolunda çökmənin baş verdiyi əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) 19 saylı “Xüsusi Təyinatlı Yol İstismarı” MMC-in əməkdaşları tərəfindən baxış keçirilib.
İdarənin baş mühəndisi Kənan Babaşov AZƏRTAC-a bildirib ki, son günlər yağan intensiv yağışlar, sel suları, zəlzələlər yol infrastrukturuna ziyan vurub. Buna baxmayaraq, Şamaxının Çuxuryurd-Sis-Qaleybuğurd-Keçməddin-Qaladərəsi avtomobil yolunda gediş-gəliş dayanmamışdır. Hazırda əlverişsiz hava şəraitinə görə ərazidə təmir işləri aparılmasa da, tezliklə yolda təmir-bərpa işlərinə başlanılacaq.