Maaş və təqaüdlər nə qədər artırılacaq?
27.11.2024 [16:47]
Son 5 ildə Prezidentin müvafiq fərman və sərəncamları ilə əməkhaqqı, pensiya və digər sosial ödənişlər bir neçə dəfə artırılıb. Nəticədə 4 sosial islahat paketinin icrası sayəsində 4 milyondan çox vətəndaşın maddi rifahı yaxşılaşdırılıb və bunun üçün illik, əlavə olaraq 7 milyard manata yaxın vəsait xərclənib. 5-ci sosial islahat paketinin isə icrası gələn il reallaşacaq. Belə ki, 2025-ci ilin dövlət büdcəsi layihəsi dünən Milli Məclisdə birinci oxununuşda qəbul edilib. Yeni ilin dövlət büdcəsində sosial paket üçün də vəsaitə də yer verilib. Bəs maraqlıdır yeni sosial islahat paketində hansı artımlar olacaq?