Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan parlamentində dövlət büdcəsinin müzakirələri davam edir

27.11.2024 [18:05]

Noyabrın 27-də Azərbaycan Respublikası Milli Məclisinin payız sessiyasında növbəti plenar iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, hökumət üzvlərinin iştirak etdikləri iclasda 2025-ci ilin dövlət büdcəsi zərfinə daxil olan qanun layihələri və digər qanunlara dəyişikliklərlə bağlı layihələr birinci oxunuşda müzakirə edilib.
Parlamentin noyabrın 25-dən 27-dək keçiriləcək iclaslarının gündəliyinə 12 məsələ daxil edilib.