Azərbaycan Dövlət İnformasiya Agentliyi

Tacik nazir: COP29-da maliyyələşmə ilə bağlı qərarın qəbul edilməsi problemin həlli istiqamətində irəliləyiş oldu

29.11.2024 [14:04]

Xəbərin mətni

Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etdi. Beynəlxalq tədbirin yekunu olaraq inkişaf etmiş ölkələrin inkişaf etməkdə olan ölkələrə iqlim fəaliyyəti üçün ildə 100 milyard dollar məbləğində vəsaitin birgə səfərbər edilməsi məqsədinin 2035-ci ilədək ən azı 300 milyard dollarına çatdırılması ilə bağlı qərar qəbul olundu. Dünyanın əksər inkişaf etməkdə olan ölkələri Bakıda qəbul edilən bu sənədi əlamətdar hadisə kimi dəyərləndirir.
AZƏRTAC-a müsahibə verən Tacikistanın energetika və su resursları naziri Daler Cuma bildirib ki, ölkəsi iqlim dəyişikliyinə çox məruz qalır. Buna görə verilən qərar problemin həlli istiqamətində irəliləyişə səbəb oldu.

BÖLMƏNİN DİGƏR VİDEOLARI