Azərbaycan Dövlət İnformasiya Agentliyi

Milli Məclisin növbəti plenar iclası keçirilib: qanunlar qəbul edilib

29.11.2024 [18:33]

Milli Məclis ambulator müalicənin dərmanlarının icbari tibbi sığorta ilə qarşılanması məsələsini üçüncü oxunuşda təsdiqləyib. Bununla bağlı parlamentin bugünkü plenar iclasında “Əhalinin sağlamlığının qorunması haqqında” və “Tibbi sığorta haqqında” qanunlara təklif edilən dəyişikliklər müzakirəyə çıxarılıb. Belə ki, vətəndaşlar ambulator müalicə alarkən dərmanlarını da tibbi sığorta vasitəsilə əldə edəcək və icbari tibbi sığortanın əsas məqsədlərindən olan əhaliyə keyfiyyətli və əlçatan tibbi xidmətin göstərilməsi təmin olunacaq.

BÖLMƏNİN DİGƏR VİDEOLARI