CƏMİYYƏT


Hacıqabulda quldurluq edən şəxslər saxlanılıblar

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində quldurluq edən Ucar rayon sakinləri C.Orucov, A.Umarov, S.Əsgərov və bir nəfər yeniyetmə saxlanılıb.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, araşdırmalar zamanı saxlanılan şəxslərin zərərçəkənə qarşı zor tətbiq edərək, üzərində olan 690 manatı ələ keçirdikləri müəyyən olunub.