ADA Universiteti və tərəfdaşları tərəfindən Lənkəranda tibbi aksiya keçirilib
30.11.2024 [15:46]
Xəbərin mətni
ADA Universiteti, ADA Universiteti Fondu (ADAF), "Referans Medical Group" və “PAŞA Bank”ın birgə təşkilatçılığı, TƏBİB-in dəstəyi ilə noyabrın 30-da Lənkəran Rayon Mərkəzi Xəstəxanasında tibbi müayinələr keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirlər zamanı "Referans Medical Group"un Bakıdan dəvət olunmuş ixtisaslı həkimləri tərəfindən müayinələr və diaqnostik xidmətlər (USM, EKQ, EXO-KQ) aparılıb.