Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

4 il əvvəl sahiblərinə qayıdan Laçın

01.12.2024 [11:06]

Haqq-ədalət öz yerini həmişə tapır. Sadəcə geci-tezi var. Bu dəfə ədalətin bərqərar olması üçün 30 ilə yaxın bir müddət keçdi. 44 günlük müharibədəki qələbədə gücümüzü görən düşmən Laçını sahiblərinə geri qaytardı. Amma bu müddətə kimi Laçın istiqamətində də bir sıra döyüşlər olmuşdu.