Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Ceyhun Bayramov: Qvineya-Bisau Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə çoxsaylı təşəbbüslərinə dəstək verib

02.12.2024 [16:08]

Xəbərin mətni

Azərbaycanla Qvineya-Bisau diplomatik münasibətlər 1992-ci ildən qurulub. Bu müddət ərzində ikitərəfli və beynəlxalq platformalarda yaxşı əməkdaşlığımız olub.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qvineya-Bisau Respublikasının xarici işlər, beynəlxalq əməkdaşlıq və icmalar naziri Karlos Pinto Pereira ilə birgə keçirilən mətbuat konfransında deyib.