CƏMİYYƏT
Tovuz arıçıları: Hələ ki, “tropi” paraziti müşahidə edilmir
02.12.2024 [17:43]
Xəbərin mətni
Hazırda dünyada bal arıları arasında bir çox xəstəliklər və arı parazitləri yayılmaqdadır. Arıçıların “tropi” adlandırdığı, elmi adı tropilelapsoz olan arı parazitinin ölkəmizdə də müşahidə edilməsi barədə sosial şəbəkələrdə görüntülər paylaşılıb. Bu parazit olduqca cəld hərəkət edir, arı ailəsi daxilində sürətlə yayıla bilmək bacarığına malikdir, öldürücü fəsadlara gətirib çıxara bilir.
AZƏRTAC xəbər verir ki, qərb bölgəsinin arıçıları da “tropi”nin mümkün təsirindən narahatdırlar, eyni zamanda, artıq buna qarşı arı yuvalarında müəyyən qabaqlayıcı hazırlıqlar həyata keçirirlər. Ümumiyyətlə “tropi” paraziti dünya arıçıları üçün tanış bir addır. Bu parazit bəzi ölkələrdə artıq illərdir ki, mövcuddur.