Azərbaycan Dövlət İnformasiya Agentliyi

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

02.12.2024 [18:49]

Xəbərin mətni

Məzahir Pənahovun sədrliyi ilə dekabrın 2-də Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib.
Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və kommunikasiya şöbəsindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə Komissiyanın noyabrın 26-da və 27-də keçirilmiş iclaslarının protokolları təsdiq edilib.
Sonra 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Vətəndaş Həmrəyliyi Partiyasının səlahiyyətli nümayəndələrinin qeydə alınması məsələsinə baxılıb. Komissiya üzvlərinin müzakirəsindən sonra sözügedən siyasi partiya tərəfindən təqdim olunan şəxslərin səlahiyyətli nümayəndələr kimi qeydə alınmasına qərar verilib.

Bölmənin digər videoları