Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezident İlham Əliyev Mavritaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

03.12.2024 [14:32]

Xəbərin mətni

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 3-də Mavritaniya İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Sid Əhməd əl-Bekaye Hamadinin etimadnaməsini qəbul edib.
AZƏRTAC xəbər verir ki, səfir etimadnaməsini dövlətimizin başçısına təqdim etdi.
Prezident İlham Əliyev səfirlə söhbət etdi.
Azərbaycanın və Mavritaniyanın ənənəvi olaraq dostluq şəraitində əməkdaşlıq etməsindən məmnunluğunu bildirən dövlətimizin başçısı bunun beynəlxalq təşkilatlarda, xüsusilə BMT-də qarşılıqlı dəstək və birgə fəaliyyətdə də özünü büruzə verdiyini dedi. Prezident İlham Əliyev müxtəlif sahələrdə münasibətlərimizin möhkəmləndirilməsinin önəminə toxunaraq, siyasi əlaqələrimizin genişləndirilməsinin, ikitərəfli əməkdaşlığın inkişafında qarşılıqlı səfərlərin təşkilinin, iqtisadi-ticari əlaqələrin inkişaf etdirilməsinin zəruriliyini qeyd etdi.

BÖLMƏNİN DİGƏR VİDEOLARI