Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

ABA sədri: Fiziki şəxslərin əmanətlərinin dollarlaşma əmsalı 1,8 faiz azalıb

03.12.2024 [17:20]

Xəbərin mətni

Oktyabrın sonuna bankların aktivləri 49,7 milyard manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 7,7 faiz çoxdur.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev Bakıda keçirilən Beynəlxalq Bankçılıq Forumunda deyib.
O qeyd edib ki, kredit portfelindəki artım isə bu tempi 3 dəfəyə yaxın artaraq 20,6 faiz təşkil edib və ümumilikdə portfelin həcmi 27,1 milyard manat səviyyəsinə yüksəlib.