AZƏRTAC XƏBƏR VERİR: Prezident İlham Əliyev səfirlərin etimadnamələrini qəbul edib
03.12.2024 [19:05]
Prezident İlham Əliyev Mavritaniya İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Sid Əhməd əl-Bekaye Hamadinin, El-Salvador Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Enrike Haime Kalderonun və Yəmən Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Saleh Əhməd Turiqin ayrı-ayrılıqda etimadnamələrini qəbul edib.