İşini itirənlər üçün 17 milyon manat ayrılıb
04.12.2024 [17:56]
İşsizlikdən Sığorta Fondunun 2025-cü il üçün büdcə layihəsi Milli Məclisdə birinci və ikinci oxunuşda qəbul olunub. Qanun layihəsinə əsasən, fondun gəlir və xərcləri artırılaraq 260 milyon 700 min manat proqnozlaşdırılır. Təsdiq olunan yeni büdcədə isə daha bir artım işini itirənlər üçün ayrılan vəsaitdə öz əksini tapıb. Belə ki, yeni büdcəyə əsasən 2025-ci ildə iş yerini itirənlər üçün işsizlikdən sığorta fondundan 17 milyon manat ayrılacaq. Milli Məclisin deputatı Vüqar Bayramovun sözlərinə görə, burada məqsəd iş yerlərini itirən vətəndaşlara dövlət tərəfindən kompensasiyanın verilməsindən ibarətdir. Bəs maraqlıdır bu vəsaitdən kimlər yararlana bilər?