Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Mövlud Çavuşoğlu: Ermənistanın Azərbaycanın səmimi xoş niyyətinə müsbət cavab verməsini gözləyirik

04.12.2024 [21:30]

Xəbərin mətni

Azərbaycanın Qarabağ Zəfəri, əslində, türklərin gücünü dünyaya göstərmək baxımından əhəmiyyətli bir Qələbədir. Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu lazım olanı etdi və torpaqlarını işğaldan qurtardı. Amma bütün məsələlər hələ ki, bitməyib. Azərbaycan sülhün tərəfdarıdır və sülh təkliflərini qarşı tərəfə - Ermənistana çatdırıb. Hazırda danışıqlar davam edir. Təbii ki, biz bu danışıqlardan müsbət, konkret nəticələr gözləyirik. Biz Ermənistandan da Azərbaycanın bu səmimi xoş niyyətinə müsbət cavab verməsini gözləyirik. AZƏRTAC xəbər verir ki, bunu Türkiyənin sabiq xarici işlər naziri, TBMM-in NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu Beynəlxalq Demokratlar Birliyinin (UID) Bakıda yerləşən Türk Ticarət Mərkəzində keçirilən iclasında çıxışı zamanı deyib.