SİYASƏT
Mövlud Çavuşoğlu: Ermənistanın UNESCO-nun missiyasına icazə verməməsi təəssüf doğurur
05.12.2024 [12:31]
Xəbərin mətni
Təəssüf ki, beynəlxalq birlik Azərbaycan xalqının məruz qaldığı bu zülmə səssiz qalıb, əksinə, bu zülmü edənə dəstək olub. Amma biz həmişə ədalətin qalib gələcəyinə inandıq. Can Azərbaycan Vətən müharibəsində öz Qələbəsini qazandı. Türkiyə olaraq Azərbaycanın həmişə yanında olduq. Azərbaycan təkcə qardaşımız olduğu üçün yox, həm də haqlı olduğu üçün yanındayıq.
AZƏRTAC xəbər verir ki, bu sözləri Türkiyənin sabiq xarici işlər naziri, Türkiyə Böyük Millət Məclisinin NATO PA-da nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu dekabrın 5-də Bakıda keçirilən “Qayıdış hüququ – Ermənistandan zorla çıxarılan azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda ikinci beynəlxalq konfransda çıxışı zamanı səsləndirib.