Bakıda Türk Ticarət Mərkəzi açılıb
05.12.2024 [18:25]
Xəbərin mətni
Bakıda Türk Ticarət Mərkəzinin açılışı olub. AZƏRTAC xəbər verir ki, mərkəzin açılışında Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov və digər şəxslər iştirak ediblər. Mərkəzdə konfrans salonu, təlim-tədris mərkəzi, sərgi sahələri, ofis təmsilçilikləri və milli yeməklərdən ibarət restoranlar var. Türk Ticarət Mərkəzinin əsas məqsədlərindən biri Türkiyədən gələn iş adamlarına rahat fəaliyyət göstərmələri üçün imkanlar təqdim etməkdir.