AZƏRTAC XƏBƏR VERİR: Qərbi Azərbaycana qayıdışla bağlı beynəlxalq konfransın ilk günü başa çatıb
05.12.2024 [19:13]
Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda keçirilən II beynəlxalq konfransın ilk günü başa çatıb.
AZƏRTAC xəbər verir ki, 51 ölkədən 100-dən çox xarici qonağın, yerli rəsmilərin iştirak etdiyi konfransda müxtəlif panel sessiyaları keçirilib.