Azərbaycan Dövlət İnformasiya Agentliyi

Beynəlxalq parlament konfransının iştirakçıları Zəfər parkında olublar

06.12.2024 [18:20]

Xəbərin mətni

Milli Məclisdə “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda keçiriləcək beynəlxalq parlament konfransının iştirakçıları dekabrın 6-da Zəfər parkında olublar.
AZƏRTAC xəbər verir ki, qonaqlara Zəfər parkı barədə məlumat verilib. Bildirilib ki, Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması və ictimaiyyətə nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı Sərəncamla inşa olunan Zəfər parkının ərazisi 10 hektara yaxındır. Parkın girişində 44 günlük Vətən müharibəsinin rəmzi kimi hündürlüyü 44 metr, eni 22 metr, sütunlarının sayı 44 olan Zəfər tağı inşa edilib.

BÖLMƏNİN DİGƏR VİDEOLARI