Azərbaycan Dövlət İnformasiya Agentliyi

® Davamlı və etibarlı yeni HONOR X9c smartfonu

06.12.2024 [18:33]

Xəbərin mətni

HONOR şirkəti Azərbaycanda yeni HONOR X9c modelinin satışına start verib. Dünyada məşhur istehsalçı onu portfelində ən davamlı smartfon kimi təqdim edir. Davamlılığından əlavə, bir çox digər maraqlı xüsusiyyətlərə malik bu smartfon sözsüz ki, istifadəçilərə yeni istifadə təcrübəsi bəxş edəcək. Belə ki, bu xüsusiyyətlərdən tutumlu batareya, sürətli şarj, gözoxşayan displey və üstün foto imkanlarını qeyd etmək olar.
Həmçinin nazik profili (smartfonun korpus qalınlığı 8 millimetrdən azdır) demək olar ki, bütün ön paneli əhatə edən bir qədər axarı displeyi, bahalı saat çərçivəsi təsəvvürü yaradan kamera dizaynını, maraqlı rəng seçimlərinin mövcudluğunu buraya aid etmək olar.