CƏMİYYƏT
Bəzi yerlərdə leysan, dağlıq ərazilərdə isə qar yağacaq
07.12.2024 [12:56]
Xəbərin mətni
Azərbaycanda dekabrın 8-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasının bəzi yerlərində fasilələrlə yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində qısamüddətli leysan xarakterli olacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 7-9°, gündüz 9-11° isti olacağı ehtimal edilir. Atmosfer təzyiqi 774 millimetr civə sütunundan 769 millimetr civə sütununa enəcək. Nisbi rütubət 70-80 faiz təşkil edəcək.