Azərbaycan Dövlət İnformasiya Agentliyi

Peşəkar Çövkən Liqasının qalibi müəyyənləşib

07.12.2024 [13:24]

Xəbərin mətni

Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə keçirilən Peşəkar Çövkən Liqasında mövsümə yekun vurulub.
Dövlət Sərhəd Xidmətindən AZƏRTAC-a bildiriblər ki, Binə Atçılıq Mərkəzinin qapalı manejində son turun oyunları, 3-cü yer və çempionluğu müəyyən edəcək həlledici qarşılaşmalar baş tutub.
Günün ilk görüşündə “Elit” komandası “Şirvan”ı 5-0 hesabı ilə məğlub edib. Növbəti qarşılaşmalarda “Omar” “Qarabağ”ı 7, “Zəfər” “Ağstafa Dilbaz”ı 5, “Polad” “Köhlən”i 12 cavabsız qolla üstələyib.