Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Beynəlxalq Parlament Konfransının iştirakçıları Fəxri xiyabanı, Şəhidlər xiyabanını və "Türk şəhidliyi”ni ziyarət ediblər

07.12.2024 [15:20]

Beynəlxalq Parlament Konfransının iştirakçıları dekabrın 7-də Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər. AZƏRTAC xəbər verir ki, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad edilib, məzarı önünə əklil qoyulub. Daha sonra iştirakçılar Şəhidlər xiyabanını və “Türk şəhidliyi” abidəsini ziyarət ediblər.