Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Cavid Abdullayev: Böyükşorda 100 meqavat gücündə stansiya tikilməsi ilə bağlı təklif almışıq

07.12.2024 [15:38]

Xəbərin mətni

Biz Çin şirkətindən Böyükşor ərazisində 100 meqavatlıq layihə təklifi almışıq, hazırda araşdırılır.
Bunu AZƏRTAC-a müsahibəsi zamanı Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev bildirib.
Təklif kifayət qədər maraqlıdır və qarışıq texnologiyalara əsaslanır: “Böyükşor ərazisində 100 meqavata yaxın stansiyanın tikilməsi prinsip etibarilə mümkün görünür”.